BİZNES

Orxan Abdurahmanov: “Grow Audit and Consulting”-in əsas məqsədi dövlətlə sahibkarlar arasında körpü missiyasını həyata keçirməkdir”
03 MAY
929

Orxan Abdurahmanov: “Grow Audit and Consulting”-in əsas məqsədi dövlətlə sahibkarlar arasında körpü missiyasını həyata keçirməkdir”

2019-05-03 11:05:00

Fins.az-ın müsahibi “Grow Audit and Consulting LLC”-nin idarəedici tərəfdaşı cənab  Orxan Abdurahmanovdur

 Vergi Məcəlləsində edilmiş dəyişikliklərin sahibkarlıq fəaliyyətinin şəffaflaşmasına və inkişafına hansı tövhələri verib?

Vergi Məcəlləsinə edilən son dəyişikliklər ölkədə sahibkarlığın inkişafının dövlət tərəfindən əsaslı şəkildə dəstəklənməsi yönündə atılan mühüm addımlardandır. ”Kölgə iqtisadiyyatı”-nın qarşısının alınması və iqtisadi şəffaflığın təmin olunması üçün Vergi Məcəlləsinə edilmiş köklü islahatlar ölkədə biznes mühitinin yaxşılaşdırlımasında əvəzsiz böyük rol oynayır. Belə olan halda sahibkar təbii ki, fəaliyyətin qanunauyğun şəkildə tam düzgün formalaşdırması üçün audit eyni zamanda consulting xidmətlərindən yaralanmağa ehtiyac duyur. “Grow audit & Consulting”-in əsas məqsədi dövlətlə sahibkarlar arasında körpü missiyasını həyata keçirtməkdir.

Sizin xidmətdən istifadə sahibkarlara hansı üstünlükləri qazandırır?

 “Grow audit & Consulting” şirkəti beynəlxalq audit şirkəti olan “MSI Global”ın Azərbaycan nümayəndəliyi missiyasını həyata keçirir. Bu da bizim həm global həm də lokal fəaliyyət göstərdiyimizdən xəbər verir.

“Grow Audit &  Consulting” olaraq müəssisələrin dəyişən ehtiyaclarına cavab vermək üçün müəyyən miqyasımız var. Biz öncəliklə onların narahatlıqlarını anlayır, sonra onların həlli və böyük müvəffəqiyyət əldə etmək üçün seçimlər təqdim edirik. Biz uzun müddətli planlarla fəaliyyət göstəririk və yalnız fərdlərin ehtiyaclarını deyil həmdə onların dəyərlərinin fərqindəyik. Təşkilatların bütövlüyünün əsasında duran fiziki, zehni və mənəvi ölçülərə əsaslanaraq müəssisələrə kömək edirik.  İnkişaf yolunda onlardan hər hansısa birinin nəzarətsiz qalmasına icazə vermirik.

Yerli müştərilərlə xarici müştərilərin tələbləri arasında hər hansı fərq var?

Demək olar ki, müəyyən sahələri əhatə edən həm yerli həm də xarici müştərilərimiz mövcuddur. Əsas fərq isə xarici müştərilərin auditə, consaltinqə və s. xidmətlərə daha ciddi yanaşmasıdır. Son zamanlarda yerli müəssisələr qanunvericilikdə nəzərdə tutulmuş  dəyişikliklər və bu kimi yeniliklərin tətbiqi ilə bağlı audit və consaltinq xidmətlərindən daha çox istifadə etməyə səy göstərirlər. Bu tendensiya zaman keçdikcə daha çox artır.

Müştəri nə üçün məhz sizi seçməlidir?

Təbii ki, hər bir müəssisə kimi bizimdə iqtisadi bazar şəraitində rəqiblərimiz var. Etiraf edim ki, mən “Grow audit & Consulting”-ə rəhbərlik edən şəxs olaraq  onlara rəqib deyil,tərəfdaş münasibəti bəsləyirəm .Bu sahədə bizdən üstün və bizdən zəif olanlar mövcuddur. Hesab edirəm ki, bu sahədə individual olaraq “Grow audit & Consulting” daha operativ, dəqiq,mümkün ola biləcək ən tez zaman çərçivəsində müştərinin problemini həll edən çox az saylı şirkətlərdən biridir. “Grow audit & Consulting” bu sahədə yaranan istənilən problemi və məsələni müəyyən standartlarla düzgün strategiyalar və yeni planlar təşkil edərək həll etmək bacarığına malikdir. Bu bizim bazarda daimiliyimizi saxlayan və ən ideal seçimlər edən müştərilər üçün yeganə seçimə çevirən səbəbdir.

Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əsas zəif tərəfi hansılardır?

Hər bir sturukturda güclü tərəflər kimi zəif cəhətlər də mövcud ola bilər. Bu göstəricini tam olaraq müəyyən etmək üçün hər bir şirkətin özünə məxsus SWOT analizini-zəif tərəflərini, güclü tərəflərini, risklərini və fürsətlərini daha dərin şəkildə araşdırmaq tələb olunur. Ümumi nəzər yetirsək biznes vahidlərində marketing, təşkilati, kadr və ya sistematik çatışmazlıqların mövcud olduğunu aydın şəkildə görə bilərik. Bu sahədə əsas zəif tərəflərdən biri də sahibkarların marifləndirmə prosesinə zəif inteqrasiyadır. Belə ki, təlimlərin keçirilməsində və yeniliklərin tədbiq edilməsində sahibkarlar müdəmadi olaraq iştirak etməlidirlər.

Qiymət siyasəti necə formalaşdırılır?

Qiymət marketinq kompleksinin ən vacib və mürəkkəb element­lə­rin­dən biri hesab edildiyi üçün  o, bir tərəfdən, şirkətimizin göstərdiyi xidmətlər üçün çəkilən xərcləri ödəməklə ya­na­şı  müəyyən məbləğ mənfəət əldə etməyə, mənfəətin həcmini maksi­mum­laşdırmağa imkan verməlidir. Qiymət siyasətinin aparılması yolunda bir neçə addım müəssisələr üçün əhəmiyyət kəsb edir:

  1.      Bazar iqtisadiyyatının araşdırılması və müəyyən əhəmiyyətə malik məlumatların toplanması, təhlil edilməsi.
  2.      Aparılmış təhlil əsasında müəssisənin qiymət sahəsində məqsədinin müəy­yən­ləş­dirilməsi.
  3.      Qiymətqoymanın ən məsul mərhələsi kimi qiymətin səviyyəsinə təsir edən amil­lərin təhlil edilməsi.

Qiymət elə müəyyən edil­mə­li­dir ki, iki subyektin: xidmət göstərən şirkətin və xidməti tələb edən müştərinin mənafe­yi­ni uyğunlaşdırsın: xidmət göstərən şirkətə nəzərdə tutduğu mənfəət məbləğini və ya mən­fə­ətlilik normasını, xidməti tələb edən müştəriyə isə ödədiyi məbləğin müqabilində zəruri səviyyədə fay­danı, dəyəri əldə etməyə imkan versin. Buna əsaslanaraq deyə bilərik ki, uğurlu qiymət qoyma siyasəti özündə müştəri və sahibkar ehtiyyaclarının balanslaşdırmasını təşkil etməlidir. 

Yaxın gələcəkdə hansı yenilikləri etməyi planlaşdırırsınız?

İlk növbədə sahibkarların maarifləndirilməsi üçün “Grow audit & Consulting” şirkəti olaraq “Call Center” yaratmağı planlaşdırırıq. Bu xidmətimizdən istənilən sahibkar fəaliyyətin qeydiyyatı, qurulması və idarə olunmas ilə bağlı məlumatlanmaq üçün istifadə edə biləcək. “Call center”-ə müraciət edən sahibkarları narahat edən müəyyən məzmunlu problemləri aradan qaldırmağa və həmin məsələlər üzrə əhəmiyyətli dərəcədə inkişafın əldə edilməsinə şərait yaratmağı planlaşdırırıq. Biz həyata keçirdiyimiz xidmətləri tam elektronlaşdırmağı və bununla bağlı  xidmət terminallarının quraşdırılması kimi mövcud layihələrimizi həyata keçirməyi ilin sonuna kimi qarşımıza məqsəd qoymuşuq. Mikro və kiçik sahibkarların daha kompakt olduqları ərazilərdə bu sahə üzrə xidmət göstərəcək mərkəzlər yaratmaq da həmçinin planlarımızdan biridir. Düşünürəm ki, 2019-cu ilin sonuna kimi vergi ilə bağlı olan xidmətlərimizin tam elektronlaşdırılması həyata keçiriləcək . Bu bizim müştərilərin eyni zamanda bizim xidmətdən istifadə etmək istəyən sahibkarların işini xeyli asanlaşdıracaq.

Sahibkarlıq fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı hansı yeniliklərin tətbiqini daha məqsədəuyğun hesab edirsiniz?

Hazırda yalnız dünya ölkələri deyil həmdə Azərbaycanda da vergi siyasəti elə formalaşdırılır ki, yerli sahibkarlarla vergi güzəştləri ilə yanaşı xarici investorlar üçün də islahatlar cəlbedici olsun. İnvestisiya mühitinin yaxşılaşması kimi bir neçə yeniliklərin həyata keçirilməsi, Azərbaycanı investorların birbaşa maraq dairəsinə çevirir. Xüsusi ilə də istehsalat, kənd təsərüffatı və turizm sahələrində keçirilən vergi islahatları nəticəsində tədbiq olunmuş yeniliklər və dəyişikliklər “Doing Business 2019” jurnalında da qeyd edildiyi kimi Azərbaycanın iqtisadi sahədə böyük uğurlara nail olmasına səbəb olub.”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə Azərbaycanda  mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.“Doing Business 2019” hesabatında da qeyd olunur ki, Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib.Qeyd etmək lazımdır ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur.“Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda baza rolunu oynayır.Bu, Azərbaycan üçün çox böyük uğurdur.

 Müəllif:Aynur Qəniyeva

 

 

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264