BİZNES

Ölkədən getmə hüququ məhdudlaşdırılan vergi ödəyicilərinin sayı açıqlanıb
22 APREL
218

Ölkədən getmə hüququ məhdudlaşdırılan vergi ödəyicilərinin sayı açıqlanıb

2019-04-22 16:51:00

Fins.az-ın Media və Kommunikasiya Mərkəzi-nin yayımladığı məlumata istinadən xəbər verir ki, 2019-cu ilin 1-ci rübündə vergi borcu 14 milyon 624,0 min manat olan 1.858 sayda vergi ödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırlıb ki, bunun nəticəsində də borcun 50%-dən çoxu dövlət büdcəsinə ödənilib.

Cari ilin I rübü ərzində 21.874 sayda təqdim edilməmiş bəyannamələrin alınması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,9% artım deməkdir. Borclu vergi ödəyicilərinin 95%-dən çoxu inzibati tədbirlər həyata keçirilmədən, məhz vergi orqanları tərəfindən aparılmış məlumatlandırma tədbirləri nəticəsində könüllü şəkildə ödəniş edib.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır