BİZNES

Vergi yoxlamalarının nəticələri barədə statistika təqdim olunub
22 APREL
134

Vergi yoxlamalarının nəticələri barədə statistika təqdim olunub

2019-04-22 16:34:00

Fins.az Media və Kommunikasiya Mərkəzi-nin yayımladığı məlumata istinadən xəbər verir ki, Vergilər Nazirliyi vergi nəzarətinin səmərəliliyinin artırıması məqsədilə vergidən yayınma hallarının müasir informasiya texnologiyaları vasitəsilə aşkar etməklə onların elektron qaydada idarə olunması, səyyar vergi yoxlamalarının risk meyarları əsasında təyin edilməsi, mövcud risklərin alqoritmlərlə daha dəqiq qiymətləndirilməsi və vergi potensialının effektiv dəyərləndirilməsini təmin edir. 

2019-cu ilin 1-ci rübündə açılmış yoxlamaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,9%, başa çatdırılmış yoxlamaların sayı isə 75,2% azalsa da, yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği cəmi 3,7% azalıb. Bir yoxlamaya düşən dövriyyənin məbləği isə əvvəlki dövrlə müqayisədə 47.7% artıb.

2019-cu ilin 1-ci rübündə vergi borcu 14 milyon 624,0 min manat olan 1.858 sayda vergi ödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırlıb ki, bunun nəticəsində də borcun 50%-dən çoxu dövlət büdcəsinə ödənilib.

Müəllif : Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264