BİZNES

Vergi nəzarətinin artırılması hesabına dövriyyənin nə qədər artığı açıqlanıb
22 APREL
166

Vergi nəzarətinin artırılması hesabına dövriyyənin nə qədər artığı açıqlanıb

2019-04-22 16:14:00

Fins.az-ın Media və Kommunikasiya Mərkəzi-nin yayımladığı məlumata istinadən xəbər verir ki, 2019-cu ilin 1-ci rübündə vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi  istiqamətində nəzarət tədbirləri davam etdirilib, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib. 2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb. 

Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır