BİZNES

Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə nə qədər vəsait daxil edildiyi açıqlanıb
20 APREL
406

Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə nə qədər vəsait daxil edildiyi açıqlanıb

2019-04-20 13:49:00

2019-cu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat, xərcləri isə 5 milyard 35,9 milyon manat olub. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, dövlət büdcəsinin profisiti 403,8 milyon manat təşkil edib. Büdcənin mədaxili 2018-ci ilin müvafiq rübü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur.. Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 1 milyard 14,1 milyon manat vəsait təmin edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və yaxud 287,1 milyon manat çoxdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264