BİZNES

Azərbaycana gətirilən xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı açıqlanıb
19 APREL
285

Azərbaycana gətirilən xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı açıqlanıb

2019-04-19 16:47:00

2019-cu ilin yanvar-mart aylarında Azərbaycana 7,978 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən  məlumat verilib.Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 7,25 min ədəd avtomobil (artım 2,3 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.

Cari ilin yanvar-mart aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 643 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 2 dəfə) və 41 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 3,2 dəfə) idxal edilib.Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 44 ədəd (artım 2,3 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2017-ci illə müqayisədə 2,2 dəfə artaraq 28,876 min ədəd təşkil edib. Sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxal həcmi isə 2,3 dəfə - 26,147 min ədədədək artıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271