BİZNES

"M Group Production"a yeni icraçı direktor təyin edilib
18 APREL
1113

"M Group Production"a yeni icraçı direktor təyin edilib

2019-04-18 13:21:00

Elnarə Abbasova "M Group Production"a (MGP) icraçı direktor təyin olunub.Fins.azxəbər verir ki, bu barədə özü məlumat verib.Elnarə xanım əmək fəaliyyətinə 2007-ci ildə "Kenmak-Medikal"da kadrlar üzrə köməkçi kimi başlayıb. 2 il yarım bu şirkətdə çalışdıqdan sonra, "A.N.C" Qrupda və  "Azerconnect"də kadrlar üzrə mütəxəssis kimi fəaliyyətinə davam etmişdir. 2015-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayında qədər Mol Bulak BOKT-da İnsan Resursları departamentinin rəhbəri və 2019-cu ilin yanvar ayından "M Group Production"da icraçı direktor kimi fəaliyyətinə başlayana qədər "FedEX"də İnsan Resursları üzrə Menecer kimi çalışmışdır. 

Elnarə xanım ali təhsillidir. Hüquq üzrə bakalavr təhsilini Mərkəzi Asiya Universitetində almışdır.

Qeyd edək ki, MGP (M Group Production) — prodüser mərkəzi, 7 fevral 2003-cü ildə teleprodüser Murad Dadaşov tərəfindən yaradılıb. Azərbaycanın ən böyük və məhsuldar prodüser mərkəzlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271