BİZNES

Pos terminal vasitəsilə satılan mallar pərakəndə yoxsa topdan ticarətə aid edilir?
17 APREL
458

Pos terminal vasitəsilə satılan mallar pərakəndə yoxsa topdan ticarətə aid edilir?

2019-04-17 16:46:00

Fins.az POS terminal vasitəsi ilə satılan malların pərakəndə yoxsa topdan ticarətə aid edilməsinə aydınlıq gətirir. Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışı isə artıq topdansatış fəaliyyəti hesab olunur.Hər iki halda malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənilə bilər.

Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura və elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Pərakəndə ticarət zamanı alıcıya POS-terminal çıxarışı ilə birlikdə NKA çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci13.2.63-cü16.1.8-ci16.1.9-cu maddələri

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266