BİZNES

Gömrük Komitəsi rəsmilərinin İtaliyalı nümayəndə heyəti ilə görüşü
17 APREL
240

Gömrük Komitəsi rəsmilərinin İtaliyalı nümayəndə heyəti ilə görüşü

2019-04-17 10:19:00

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Departamentinin Narkotiklərlə Mübarizə Agentliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Fins.az-ın məlumatına görə, görüş Bakı şəhərində, Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan tərəfini Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev təmsil edib.

İtaliya nümayəndə heyətinin rəhbəri Marko Braccioli səmimi görüşə görə təşəkkürünü ifadə edib və bu görüşün onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Vurğulanıb ki, İtaliya narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə tədbirləri həyata keçirən ölkələrdən biridir. Qeyd olunub ki, görüşdə əsas məqsəd narkotiklərlə mübarizə sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək və bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə xüsusi memorandum imzalamaqdır.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev Azərbaycan gömrük xidmətinin bütün sahələrdə, o cümlədən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığa, təcrübə və məlumat mübadiləsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Komitə sədrinin müavini bildirib ki, Azərbaycan gömrük xidməti narkotiklərlə mübarizə sahəsində ciddi addımlar atıb və son illər bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib.

Əsgər Abdullayev İtaliya ilə də qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinin və bu sahədə hüquqi sənədin hazırlanaraq imzalanmasının ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265