BİZNES

Azərbaycan əhalisi I rübdə bu növ mallarının alınması xərclərini 3% artırıb
16 APREL
77

Azərbaycan əhalisi I rübdə bu növ mallarının alınması xərclərini 3% artırıb

2019-04-16 13:24:00

2019-cu ilin I rübündə Azərbaycan əhalisi ticarət obyektlərindən 8 mlrd. 843,1 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə  fins.az-a  Dövlət Statistika Komitəsindən  məlumat verilib. Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 4 mlrd. 472,1 mln. manat (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 2,4%), qeyri-ərzaq mallarının alınmasına 4 mlrd. 371 mln. manat (artım 3,1%) sərf olunub.

Cari ilin I rübündə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,5%-i ərzaq məhsullarının, 5,1%-i içki və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 151,1 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266