BİZNES

Azərbaycanda muzdla işləyən işçilərin sayı açıqlanıb
16 APREL
72

Azərbaycanda muzdla işləyən işçilərin sayı açıqlanıb

2019-04-16 13:02:00

2019-cu il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 534,3 min nəfər olub ki, bu da 2018-ci ilin əvvəlinə olan göstəricidən 1,2% çoxdur.Bu barədə məlumat fins.az-a məlumat Dövlət Statistika Komitəsindən verilirib. Muzdla işləyən işçilərin  865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,8%-i təhsil, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266