BİZNES

Sahibkarlığın İnkişafı Fondu Şabranda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib
15 APREL
252

Sahibkarlığın İnkişafı Fondu Şabranda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib

2019-04-15 17:49:00

Sahibkarlığın İnkişafı Fondu Şabran rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə Fins.az-a fonddan məlumat verilib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: startap layihələrinin maliyyələşdirilməsi; iri taxılçılıq, intensiv bağçılıq, arıçılıq, istixana təsərrüfatlarının yaradılması; quru meyvə istehsalı müəssisəsinin yaradılması.

“Şabran rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər”, - deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu  ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.

2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263