BİZNES

Riqaya ixrac missiyası başa çatıb
15 APREL
170

Riqaya ixrac missiyası başa çatıb

2019-04-15 16:51:00

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədi ilə Riqaya təşkil edilmiş ixrac missiyası başa çatıb. Fins.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun -AZPROMO təşkilatçılığı ilə həyata keçirilən ixrac missiyasına şərab və digər spirtli içkilər, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxil idi.
Səfər çərçivəsində Azərbaycan sahibkarları potensial alıcılarla görüşlər keçirib, məhsulların ixrac imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycanın "Azhazelnut" və Latviyanın "Alisco" şirkətləri arasında 250 min ABŞ dolları dəyərində fındıq məhsulunun Latviyaya ixracına dair müqavilə imzalanıb.
Azərbaycanın “Mars Fk” və Latviyanın “Auglu Serviss” şirkəti arasında nar məhsulunun ixracına dair ilkin razılıq əldə olunub.
Bununla yanaşı, ixrac missiyasına daxil olan bir sıra Azərbaycan şirkətləri Hindistan və Latviya şirkətləri və supermarketler şəbəkələri ilə məhsul ixracı və satışı barədə danışıqlar aparıblar.
Bundan əlavə, “Turizm.az” şirkəti ilə Latviyadan olan şirkət arasında turist qrupunun ölkəmizə səfərinin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263