BİZNES

Vergilər naziri BVF-nin yeni missiya rəhbəri ilə görüşüb
15 APREL
111

Vergilər naziri BVF-nin yeni missiya rəhbəri ilə görüşüb

2019-04-15 16:11:00

Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Fins.az-ın  Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Beynəlxalq Valyuta Fondu ilə Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263