BİZNES

Azərbaycanda özəlləşdiriləcək müəssisələrin 12 mln. manat məbləğində vergi borcları silinəcək
15 APREL
98

Azərbaycanda özəlləşdiriləcək müəssisələrin 12 mln. manat məbləğində vergi borcları silinəcək

2019-04-15 14:43:00

Azərbaycan hökuməti özəlləşdiriləcək dövlət müəssisələri,əmlak və torpaq vergiləri üzrə borcların silinməsini planlaşdırır. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilir. Azərbaycan prezidenti İlham Əliyev 5 mart 2019-cu il tarixində “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunu təsdiq edib.“Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 mln. manatdan artıq vəsait edir”, - ƏMDK-nın məlumatında deyilir.

Qanuna əsasən, əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30%-i ödənildikdə - ödənilməmiş borcların 70%-i silinir,

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50%-i ödənildikdə - ödənilməmiş borcların 50%-i silinir,

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70%-i ödənildikdə - ödənilməmiş borcların 30%-i silinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266