BİZNES

Diqqətli olun bu vergilər aprelin 22-sinə kimi ödənilməlidir
15 APREL
82

Diqqətli olun bu vergilər aprelin 22-sinə kimi ödənilməlidir

2019-04-15 10:08:00

Fins.az vergi ödəyiciləri üçün vergi təqvimini təqdim edir. Belə ki,vergi ödəyiciləri aprel ayının 22-sinə kimi ,aşağıdakı vergiləri ödəməlidir

Sadələşdirilmiş vergi: Sadələşdirilmiş vergi üçün (o cümlədən idman mərc oyunlarının operatorları və satıcılarının bu fəaliyyəti üzrə) hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (bina tikintisi fəaliyyəti üzrə): Bu fəaliyyətlə məşğul olan və sadələşdirilmiş vergitutma metodunu seçmiş şəxslər üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266