BİZNES

Bakının Baş Planı 11 milyon manata başa gələcək
13 APREL
644

Bakının Baş Planı 11 milyon manata başa gələcək

2019-04-13 15:41:00

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Baş Planın hazırlanması ilə bağlı keçirilən açıq tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti olub.

Fins.az xəbər verir ki, “AS+P” şirkəti ilə 6 mln. 391 min 231 dollar ( 10 mln. 865 min 92 manat) məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266