BİZNES

FİF2019-un spikerləri kimlərdir və hansı şirkətlərdə çalışırlar? – Foto
13 APREL
302

FİF2019-un spikerləri kimlərdir və hansı şirkətlərdə çalışırlar? – Foto

2019-04-13 11:22:00

4 may 2019-cu il tarixində facemark.az-ın təşkilatçılığı ilə, Bakı şəhərində, “Pullman” oteldə ölkəmizin aparıcı şirkətlərinin iştirakı ilə “innovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu ilə keçiriləcək. Bəs forumun spikerləri kimlərdir, hansı şirkətlərdə çalışır?

Spikerlərimizin təhsil və iş təcrübəsi haqqında qısa məlumatı və FİF2019 haqqında fikri və gözləntisini təqdim edirik.

 -212 Venture Capital, İdarəedirci Direktor, Numan Numan

Texnologiya sahəsində fəaliyyət göstərən start up-lara investisiya edən toplam idarətməsində 50 mln ABŞ dollarına yaxın yatırımı olan 212 Venture Capital şirkətində idarəedici direktordur. 212 Venture Capital 20 yə yaxın start up şirkətə müvəffəqiyyətli yatırım etmişdir. Numan bəy 10 ildən çox Yaponiyada və ABŞ da yaşamış müxtəliş texnologiya şirkətlərində geniş təcrübəyə malikdir. Qlobal investisiya bankı olan Goldman Sachs şirkətinin Nyu York və Tokio ofislərində 12 il iş təcrübəsinə malikdir.

“Ümid edirəm ki, bu il növbəti dəfə keçiriləcək FİF19 maliyyə investisiya forumu start up-lara və innovativ şirkətlərə yatırım etmək istəyənlər arasında yeni körpülər yaradacaq”.

- Gilan Holding Sənaye Qrupu Biznesin İnkişafı Direktoru, Rəşad İsmayılov

Rəşad İsmayılov, 12 illik professional kareyerinin böyük hissəsini FMCG və Consulting sektorları olmaqla Azərbaycan , Türkiyə, Gürcüstan, Qazaxıstan, İran, Amerika bazarlarında təcrübə qazanmışdır. 2019 cu ildən Gilan Holding Sənaye Qrupunda Biznesin İnkişaf Direktoru vəzifəsində çalışır. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistr təhsilini Türkiyənin Koç Üniversiteti və Çin Xalq Respublikasının "China Europe İnternational Business School"da almışdır.

“Düşünürəm bu ilki FİF19 gənc nəsli maarifləndirərək iş həyatlarında innovasiya motivasiyasını artıracaq”.

- Sahibkar, Hesab.az və Technovate, Fərid İsmayılzadə

ABŞ-ın San Xose Dövlət Universitetinin Biznesin Təşili və Menecmenti ixtisası üzrə bakalavr dərəcəsini əldə etmiş. Maasrixt menecement məktəbinin və ADA universitetinin biznesin təşkili üzrə magistr dərəcəsini əldə etmişdir. Hesab.az və Golden Pay şirkətlərinin təsisçisidir. Technovate Biznes İnkubasiya mərkəzinin təsisçisi və rəhbəridir. Bununla yanaşı, Azərbaycanda və ölkə xaricində uğurlu startapların həmtəsisçisi və rəhbəri olmuşdur. Startup ekosistemi haqqında yerli və xarici konfranslarda mütəxəssis və spiker kimi təqdimatları olmuşdur.

“Ümid edirəm ki, bu il növbəti dəfə keçiriləcək FİF 19 maliyyə, investisiya dünyasının ən maraqlı mövzularını müzakirəyə çıxardacaq və auditoriya üçün yaddaqalan bir tədbir olacaq”.

- Baker Tilly, Direktor, Konsaltinq Xidmətləri, Niyazi Abbasov

Niyazi Abbasov Böyük Britaniya Mühasiblər Assosiyasiyası (ACCA) üzvüdür. Fransa İNSEAD biznes məktəbinin məzunudur. O daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Bakalavr və Magistr dərəcələrini qazanmışdır.

Niyazi Abbasov uzun illər Gilan Holding (FMCG portfeldə) və Modern Holdingdə baş maliyyə direktoru vəzifəsində çalışmış və maliyyə idarəetməsi sahəsində geniş təcrübəyə malikdir. 10 ilə yaxın PwC və Baker Tilly şirkətlərində ölkənin aparıcı şirkətlərinə və bir sıra beynəlxalq şirkətlərə audit və konsaltinq xidmətləri göstərmişdir. 2011 ci ildən Xəzər Universiteti MBA fakültəsində və ADA universitetində mühazirələr verir.

“Ümid edirəm ki, bu il növbəti dəfə keçiriləcək FİF19 maliyyə, investisiya və vergilər sahısində dünyada və Azərbaycanda ən aktual mövzuların müzakirə edildiyi əvəzedilməz platforma olaraq bir daha öz əhəmiyyətini sübut edəcək”.

- Unibank, idarə Heyətinin Sədrinin 1 ci müavini, Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasının sədri, Asəf Hüseynov

Asəf Hüseynov, Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika Fakültəsini bitirib. 10 ildən arıtq Mərkəzi Bankda çalışmış Bankçılıq qrupuna rəhbərlik etmişdir. Riskli banklarla iş sahəsində geniş təcrübəyə mailkdir. Bakı Fond Birjasının Müşahidə Şurasının Sədri olmuşdur. 2015 ci ildən bugünə Unibankda İdarə Heyətinin sədrinin 1 ci müavini kimi fəaliyyət göstərir. 2018 ci ilin may ayından Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyət göstərir. Asəf Hüseynovun Rəqəmsal Bankçılıq praktikasının inkişaf etdirilməsində Unibankda xüsusi rolu vardır.

“Ümid edirəm ki, FİF 19 Azərbaycanın maliyyə sektorunun, innovativ və rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi töhvəsi olacaq”.

- SAP, Biznes Həllər Arxitektoru, Fərid Qattal

Fərid Qattal, O uzun illər Böyük dördlük şirkətlərindən olan PwC (PricewaterhouseCoopers) şirkətində çalışmış və informasiya sistemlərinin idarəetməyə tətbiqi sahəsində 13 il təcrübəyə malikdir. LİG texnologiya şirkətkinin həmtəsisçisidir. Onun fəaliyyət sahələri SAP ERP, SAP S/4HANA, SAP HANA, cloud, Big Data, Suni Intellekt kimi texnologiyaların tətbiq sahələrini əhatə edir. SAP Global-ın müxtəlif ölkələrdə keçirilən konfranslarında mühazirələr vermiş və SAP Rəqəmsal Səfir statusuna malikdir. Bakı Dövlət Universitetində İqtisadi Kibernetika ixtisası üzrə Bakalavr və Magistr dərəcələrini qazanmışdır.

“Ümid edirəm ki, bu il növbəti dəfə keçiriləcək FİF 19 rəqəmsal iqtisadiyyatın inkişafına öz töhvəsini verəcək və yaddaqalan bir təqdbir olacaq”.

- ANC Group, Baş direktorun müavini, Emin İsmayılov

İqtisad Universitetinin maliyyə-kredit (bakalavr) və Vergi və vergitutma (magistr) fakültəsini fərqlənmə ilə bitirib. İlk əmək fəaliyyətinə universitet illərindən Vergilər Nazirliyində təcrübə keçərək Vergilər Nazirliyinin Vergi siysəti baş idarəsində başlamış daha sonra AzpetrolŞirkətlər qrupuna daxil olan Azəralüminium ASC, Azərelektroterm ASC-lərin vergi meneceri, layihə baş mühasibi, RSM Azerbaijan audit şirkətində Vergi Departementinin rəhbəri daha sonra Azərsun Holdinq -in Prezidentinin maliyyə və vergi məsələləri üzrə Müşavir vəzifəsində çalışıb. 15 ilə yaxın iş təcrübəsi var. Eyni zamanda müxtəlif şirkətlərə konsultasiya və təlim xidməti verir.

Biz təşkilatı komanda olaraq 2017-ci ildə "Şəffaflıq və İnkişaf" sloqanı ilə təşkil etdiyimiz Forumla Dövlət orqanları ilə Biznes Subyektləri arasında etibarlı platforma yaratmağımıza inanırıq. Bu il isə Şəffaflıq və İnnovasiya sloqanı ilə təşkil edəcəyimiz forumun əsas mövzusu ölkəmizdə rəqəmsal biznes trendlərinin tətbiqində hazırkı qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyət nümayəndələrinin fikir və təklifləri öyrənilib qanunvericilik mexanizmlərinin hazırlanmasına təklif vermək bu tip bizneslərin daha sürətli inkişafı üçün Azərbaycanın top 10 şirkətlərinin rəhbərləri ilə birlikdə bu sahəyə töhfəmizi verməkdir.

- “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsinin Strateji İnkişaf və Kommunikasiyalar Departamentinin müdiri, Soltan Bayramov

ASAN xidmət tabeliyindəki “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsinin Strateji İnkişaf və Kommunikasiyalar Departamentinin müdiri Soltan Bayramov Böyük Britaniyanın Uels Universitetində biznesin idarəedilməsi üzrə bakalavr və magistr dərəcələri alan Soltan Bayramov layihələrin idarə edilməsi üzrə İPMA B səviyyəli beynəlxalq sertifikasiyaya malikdir. O, Böyük Britaniya və Azərbaycanda təlim, qida, telekommunikasiya və informasiya texnologiyaları sektorlarında 10 ildən çox iş təcrübəsinə sahibdir.

- KPMG şirkətində vergi xidmərləri üzrə direktor, Rizvan Qubiyev

Uzun illər "Böyük dördlük" şirkətlərindən olan PwC (PricewaterhouseCoopers) şirkətində çalışmış, vergi və hüquq departamentinin baş meneceri vəzifəsinə qədər yüksəlmişdir. 2018-ci ildən KPMG şirkətində vergi xidmərləri üzrə direktor vəzifəsində çalışır. PAŞA Həyat Sığortanın Müşahidə Şurasının müstəqil üzvü olub. PwC-nin müxtəlif ölkələrdə keçirilən vergi konfranslarında mühazirələr vermişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcələrini qazanmışdır.

"Ümid edirəm ki, bu il növbəti dəfə keçiriləcək FIF 2019 vergi maarifləndirməsinin artırılmasına, dövlət və özəl sektor arasında dialoqun inkişafına təkan verəcək.

Qeyd edək ki, forumun təşkilatçıları facemark.az, FİL reklam agentliyi və Admedia agentliyidir. Forumun çap və promo dəstəkçisi Creatime şirkəti, sayt dəstəkçisi Labrin şirkəti, proqram təminatı Logix, bilet tərəfdaşı Ticketsetup, məmnuniyyət tərəfdaşı isə Qmeter şirkətləridir. Əlavə edək ki, FİL reklam agentliyi, eyni zamanda forumun kreativ tərəfdaşıdır. Forumun sosial şəbəkələrdəki səhifələrinin idarə olunması da FİL reklam agentliyi tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272