BİZNES

Fərdi sahibkarın fərdi mühasibi
12 APREL
355

Fərdi sahibkarın fərdi mühasibi

2019-04-12 16:54:00

Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən etibarən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlər istisna olmaqla, digər xidmətlərin göstərilməsini həyata keçirən şəxslər- hüquqi və ya fiziki şəxslər (Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) hüquqi şəxslərin mənfəət və ya fiziki şəxslərin gəlir vergisi ödəyicisi olmalıdırlar.

Artıq fərdi sahibkarlar 2019-cu ildən sadələşdirilmiş vergi hesabatı əvəzinə  rüb bitdikdən sonra növbəti ayın 15-nə dək cari vergi ödəmələrinin hesablanması  haqqında arayış və ilin sonunda mart ayının 31-dən gec olmayaraq illik gəlir vergisi hesabatı təqdim etməlidirlər.

Bu dəyişikliklər xidmət sahəsində fəaliyyət göstərən fiziki şəxslərə-fərdi sahibkarlara hesabatların tərtib edilməsində bəzi çətinliklər yaradır.

Belə ki, fərdi sahibkarlarlar fəaliyyət dövrü ərzində hansı üçot metodu (kassa və ya hesablaşma metodu) ilə işləməli olduqlarını təyin etməli, rüblük cari vergi ödəmələrinin hesablanması haqqında arayışı və illik fiziki şəxslərin gəlir vergisi bəyənnaməsini seçdikləri uçot metoduna uyğun təqdim etməlidirlər.

Bununla yanaşı hər ilin sonu mart ayının 31-dək təqdim etməli olduqları fiziki şəxslərin gəlir vergisi bəyənnaməsində gəlirlərini,xərclərini və bəyənnamənin Əlavə 1 (balans) bölmələrini tərtib etməlidirlər.

Fərdi sahibkarların qeyd etdiyimiz hesabatlarını təqdim etmələri üçün onlar öz uçotlarını – yəni gəlirlərinin,xərclərinin, bank əməliyyatlarının , vergi və dsmf ödənişlərinin uçotunu aparmalıdırlar.

Verivia şirkətinin komandası olaraq xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar üçün Azərbaycanda ilk dəfə onlayn mühasibat proqramı hazırlamışdır.

Proqramın üstünlükləri:

-          Göstərdiyiniz xidmətə görə təqdim etməli olduğunun e-qaimənin çox asanlıqla tərtib edilməsi

-          İnvoysların avtomatik tərtibi

-          Vergi və dsmf ödənişlərinizi etmək üçün avtomatik ödəniş tapşırığının tərtib olunması

-          Cəmi 1 “click”-ə dövlət orqanlarına təqdim edilən hesabatların avtomatik tərtib olunması

-          Onlayn konsultasiya xidməti

Ətraflı: www.eclick.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272