BİZNES

AZPROMO-nun rəhbəri WAIPA-nın konfransında iştrak edib
12 APREL
140

AZPROMO-nun rəhbəri WAIPA-nın konfransında iştrak edib

2019-04-12 13:35:00

İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının -WAIPA-nın  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində konfransı keçirilib. Konfransda dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, investisiya təşviqi agentlikləri, özəl sektor təmsilçiləri və investisiya siyasəti ilə məşğul olan mütəxəssislər iştirak edib. Konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan investisiya təşviqi agentlikləri investisiya imkanlarının genişləndirilməsi istiqamətində yeni texnologiyaların və trendlərin tətbiqinə dair müzakirələr aparılıb.Tədbirdə WAIPA-nın 2018-ci il üzrə hesabatı dinlənilib, 2019-cu ildə qarşıda duran vəzifələr, keçiriləcək tədbirlərlə bağlı təqdimatlar keçirilib.
Azərbaycan tərəfdən tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən, WAIPA-nın vitse-prezidenti Yusif Abdullayev iştirak edib

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266