BİZNES

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinə bu məsələ ilə bağlı təkliflər təqdim edib
12 APREL
237

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinə bu məsələ ilə bağlı təkliflər təqdim edib

2019-04-12 13:06:00

Beynəlxalq Valyuta Fondu 2019-cu ilin yayında Azərbaycan hökuməti ilə Fondun Nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələrin aparılmasına ümid edir.Fins.az xəbər verir ki, bu barədə Fondun Bakıdakı ofisinin verdiyi  məlumatda qeyd edilib. Məlumatda həmçinin bildirilir ki, məsləhətləşmələrin dəqiq tarixi Azərbaycan hökuməti ilə hələ ki, müzakirə olunur. Biz hökumətə məsləhətləşmələrin aparılması üçün bir neçə variant təklif etdik. Azərbaycan tərəfinin cavabını gözləyirik. Ümumilikdə, IV maddə üzrə məsləhətləşmələrin 2019-cu ilin yayında aparılmasını gözləyirik. Xəbər verildiyi kimi, cari həftə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri Natalia Tamirisa tanışılıq məqsədilə Azərbaycanda səfərdə olub. Sözügedən səfər zamanı ,2017-ci ilin dekabr ayında BVF hökumətlə IV maddə üzrə son məsləhətləşmələr aparıb.

Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən ölkə hökuməti BVF-dən borc almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272