BİZNES

«Azərbaycan İnvestisiya Şirkəti» maliyyə hesabatının auditini həyata keçirəcək şirkətin adını açıqlayıb
12 APREL
99

«Azərbaycan İnvestisiya Şirkəti» maliyyə hesabatının auditini həyata keçirəcək şirkətin adını açıqlayıb

2019-04-12 10:02:00

«Azərbaycan İnvestisiya Şirkəti» ASC şirkətin 2017-ci il üçün maliyyə hesabatının beynəlxalq auditor standartlarına uyğun olaraq auditini həyata keçirəcək auditoru müəyyən edib.  Fins.az-ın məlumatına görə, “Baker Tilly Audit Azerbaycan” müvafiq tenderin qalibi elan edilib. Şirkətlə aprelin 11də müqavilə bağlanıb 2014-2016-cı illərdə AİŞ-in auditi “Baker Tilly Audit Azerbaycan” tərəfindən həyata keçirib

Qeyd edəki ki, Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266