BİZNES

Bu tip ödənişlərin ildə 7 faiz artması proqnozlaşdırılır
10 APREL
95

Bu tip ödənişlərin ildə 7 faiz artması proqnozlaşdırılır

2019-04-10 11:29:00

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası "Market Analysis Azerbaijan 2019" adlı xüsusi hesabatını açıqlayıb. Sənəddə ölkəmizdə nağdsız ödənişlərin həcminin artırılması ilə bağlı görülən tədbirlər müsbət qiymətləndirilib. Fins.az-ın məlumatına görə, Hesabatda yaxın 2 il ərzində Azərbaycanda nağdsız ödənişlərin payının ildə ən azı 7 faiz artması gözlənilir. Bu il isə həmin sektorda kəskin irəliləyiş proqnozlaşdırılır. 2020-ci ilə qədər isə nağd dövriyyənin həcminin 74 faizdən 40 faizə endirilməsi planlaşdırılır. "Ölkənin bankları və kredit təşkilatları gələcək illərdə informasiya texnologiyaları infrastrukturuna daha çox sərmayə yatıracaqlar. Qeyd edək ki, 2013-2017-ci illər ərzində bankların informasiya texnologiyaları infrastrukturlarına yatırdıqları sərmayələrin həcmi 230 milyon ABŞ dolları təşkil edib. Qoyulan sərmayələrin yarısı proqram təminatına sərf olunub. Banklar, şirkətlər və dövlət orqanları gələcək illərdə ödəmə həllərinə daha böyük investisiyalar ayıracaqlar", - hesabatda qeyd olunub.

Qeyd edək ki, 2018-2020-ci illər üzrə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının icrası davam edir. Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə, son nəticədə isə iqtisadi artıma təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266