BİZNES

Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Amerikada Simpoziumda iştrak edib
09 APREL
104

Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Amerikada Simpoziumda iştrak edib

2019-04-09 14:10:00

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının “George Mason” Universitetinin Hüquq və İqtisadiyyat Mərkəzi tərəfindən 1-4 aprel tarixlərində keçirilmiş İstehlak Ödənişləri və Maliyyə Akademiyası və 9-cu İllik Maliyyə Xidmətləri Simpoziumunda iştirak edib.Fins.az-ın məlumatına görə,tədbirdə rəqəmsal ödənişlər və onun üstünlükləri, ödəniş kartları bazarı iqtisadiyyatı və tətbiq olunan xidmət haqları, maliyyə inklüzivliyində rəqəmsal ödənişlər, habelə innovativ ödəniş texnologiyaları, o cümlədən elektron pul, “fintech” və digər sahələr üzrə təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin “Visa Inc.” beynəlxalq kart təşkilatının Amerika Birləşmiş Ştatlarında yerləşən və dünya üzrə dörd regional mərkəzdən biri olan Visa Məlumat Mərkəzinə səfər edərək mərkəzin fəaliyyəti və iş prinsipi ilə tanış olub. Məlumat mərkəzində “Visa Inc.” beynəlxalq kart təşkilatının Korporativ strategiya və hökumətlə əlaqələr üzrə icraçı vitse prezidenti Bill Sheedy ilə ölkədə ödəniş kartları bazarının cari vəziyyəti və aparılan islahatlar müzakirə edilib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267