BİZNES

Gömrük Komitəsinin sosial şəbəkələrdə yayılan video ilə bağlı bəyanatı
09 APREL
197

Gömrük Komitəsinin sosial şəbəkələrdə yayılan video ilə bağlı bəyanatı

2019-04-09 11:19:00

Sosial şəbəkələrdə gömrük keçid məntəqəsində yaşanan gülüş doğuran hadisənin video görüntüsü ilə bağlı məlumat yayıb. Bu barədə fins.az-a Komitədən daxil olan məlumatda bildirilir. Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.Dövlət Gömrük Komitəsi bildirir ki, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu  videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266