BİZNES

Islahatlar iqtisadiyyatı sabitləşdirməyə imkan verib
05 APREL
64

Islahatlar iqtisadiyyatı sabitləşdirməyə imkan verib

2019-04-05 11:14:00

Azərbaycanda aparılan islahatlar iqtisadiyyatı sabitləşdirməyə, inflyasiyanın səviyyəsini azaltmağa və valyuta ehtiyatlarını artırmağa imkan verib.

Bunu Bakıda “Fitch Ratings” agentliyinin illik konfransında Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktor müavini Azər Mursaqulov deyib. O, xüsusilə maliyyə sahəsində aparılan islahatları qeyd edib: “Bu islahatlar arasında dövlət borclarının idarə edilməsi strategiyası və yeni fiskal qaydalar əsas yer tutur”.

Direktor müavininin sözlərinə görə, neft gəlirlərindən istifadə limiti qaydalara uyğun olaraq hər il hesablanacaq: “Dövlət borclarının idarə edilməsi strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ötən ilin avqustunda təsdiq edilib və ölkədə makroiqtisadi vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266