BİZNES

Kolumbiyanın Rusiyanın xəbərdarlığına təəccüb doğuran cavabı
04 APREL
198

Kolumbiyanın Rusiyanın xəbərdarlığına təəccüb doğuran cavabı

2019-04-04 15:59:00

Kolumbiya Xarici İşlər Nazirliyi Rusiya Federasiya Şurasının ölkə hakimiyyətinə ünvanladığı xəbərdarlığa cavab verib.Fins.az-ın məlumatına görə,ölkənin mövqeyi əks olunan bəyanatı xarici işlər naziri Karlos Truxilyo (Carlos Trujillo) səsləndirib.Müraciətin videosu  nazirliyin “Twitter” hesabında yerləşdirilib.“Kolumbiya demokratiyaya keçid prosesinin Konstitusiya və beynəlxalq hüquq çərçivəsində Venesuela xalqı tərəfindən müstəqil bir şəkildə həyata keçirilməli olduğunu bir daha təkrarlayır. Bu proses güc tətbiq edilmədən siyasi və diplomatik tədbirlərlə dəstəklənməlidir”, - deyə Truxilyo bildirib.

Rusiya Federasiya Şurasının mesajı Boqotaya martın 28-i çatdırılıb. Rusiyalı səfir Sergey Koşkin onu Kolumbiya parlamentinə göndərib. Məktubda deyilib ki, müxalifətin maraqları çərçivəsində başqa dövlətlər tərəfindən Venesuelaya qanunsuz tətbiq edilən güc müstəqil dövlətə qarşı təcavüz aktı kimi qəbul ediləcək.

Fevral ayında Venesuela Kolumbiya ilə diplomatik münasibətlərinə son qoyub. Buna sərhəddə müxalifət tərəfdarları, hazırkı prezident Nikolas Maduronun (Nicolas Maduro) tərəfdarları və venesuelalı hərbçilər arasında baş verən bir neçə toqquşma səbəb olub.

“Səbrimiz tükənib. Kolumbiya ərazisindən Venesuelaya hücum etmək üçün istifadə edilməsi ilə daha barışa bilmərik. Bu səbəbdən dolayı mən Kolumbiyanın faşist hökuməti ilə bütün siyasi və diplomatik münasibətləri kəsmək qərarına gəlmişəm”, - deyə Maduro mitinqdə bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266