BİZNES

Azərbaycanla İsrail arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb
04 APREL
113

Azərbaycanla İsrail arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb

2019-04-04 11:38:00

Ötən il Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib.Fins.az-ın "AzerTag"a istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov aprelin 4-də Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbirdə deyib.

O bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün Azərbaycanda potensial var. Hər iki ölkə başqa sahələrdə də əməkdaşlığı genişləndirə bilər. Azərbaycan ilə İsrail arasında enerji sahəsindəki əməkdaşlıq əlaqələri iqtisadiyyatın digər sahələrində də qurula bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265