BİZNES

Dinarə Əmrahova: "Mən öz ideyalarımı reallaşdırıb,dəsti-xəttim ilə yadda qalmaq istəyirəm"
27 MART
899

Dinarə Əmrahova: "Mən öz ideyalarımı reallaşdırıb,dəsti-xəttim ilə yadda qalmaq istəyirəm"

2019-03-27 10:08:00

Azərbaycan iqtisadiyyatının inkişafına geyim sənayesində istehsalın həyata keçirilməsi də  mühüm tövhələr verə bilər.Bu sahənin inkişafı və gəlirlərinin artması nəinki ayrı -ayrı geyim istehsalçılarının bütövlükdə ölkə iqtisadiyyatının inkşafını stimullaşdıran mühüm amil ola bilər.Hazırda yeni formalaşan geyim istehsalı,azərbaycanlı dizaynerlərin müəllifi olduğu geyimlərin geniş kütlələrə çatdırılması həm də bu sahənin böyüməsini,iqtisadi əhəmiyyətinin artmasını özündə etiva edir.Azərbaycanda müasir moda industritasına uyğun geyimlərin dizaynı, tikilişi və satışı sahəsində ixtisaslaşan "Di gautier" atelyesinin sahibi eyi zamanda "By Di" geyim xəttinin müəllifi,  modelyer-dizayner Dinarə Əmrahova Fins.az-ın növbəti müsahibidir.

Geyim evi yaratmaq ideyası hardan yarandı,geyim brendi yaratmaq çətin olmadı ki?

Mənim hər zaman geyim yaratmaq, geyim sənəti ilə məşğul olmaq istəyim olub.Yeni geyimlər yaratmaq, tikmək təqdim etmək yorulmadan məşğul olduğum işdir. Kiçik yaşlarımdan mən müxtəlif geyimləri dəyişdirib, yeni geyim forması fikirləşirdim və tam təzə geyim tikirdim. Ailə üzvlərimin eləcə də özümün ayrı-ayrı geyimlərimi kəsib, birləşdirib öz ideyalarıma uyğun geyim hazırlayırdım.Ümumiyyətlə gündəlik həyatda öz geyimlərimlə ətrafdakılardan həmişə fərqlənirdim.Hər zaman insanların adət etdiyi kimi yox, məhz özüm istədiyim kimi, tamamilə fərqli, dəbli və gözoxşayan geyinməyə üstünlük vermişəm.Zaman keçdikcə ətrafdakılar mənim bu xüsusiyyətimin fərqinə varırdılar və mənim ünvanıma çox xoş fikirlər bildirdilər.Yüksək zövqü ilə fərqlənən moda sahəsində ixtisaslaşan məhşur insanlar mənim bu qabiliyyətimi görüb yüksək qiymətləndirirdilər.Mən dəb və geyim sahəsinin biliciləri hesab olunan insanlardan tez -tez mənə ünvanlı niyə bu işlə peşəkar və daha geniş şəkildə məşğul olmursan? kimi fikirlər eşidirdim. Bütün bunlar sanki mənim yeni, gözəl, zövqlü geyimlərin cəmiyyətimizə təqdim olunmasıyla bağlı fikirlərimi daha da stimmullaşdırdı. 2 fevral 2017ci il tarixində ilk dəfə öz atelyemi açdım. Açılışdan sonra müxtəlif obrazları özündə əks etdirən geyimlər hazırlandı və fotosessiya həyata keçirildi. Etiraf edim ki, mənim bu sahədə öyrənəcəyim çox şey var. Mən geyimlərin hazırlanması və təqdimatı sahəsində peşəkar deyiləm. Mən yalnız təqdim etdiyim geyimləri dizayn edirəm. Hazırda rəhbərliyim altında fəaliyyət göstərən atelyedə isə tək mənim dizayn etdiyim geyimlər yox müraciət edən hər bir müştərinin zövqünə uyğun olan gözəl geyimlər tikilir. Bildirmək istəyirəm ki, dizayn işi ilə atelye işi bir-birinə sıx bağlı olsa da atelye özü ayrı-ayrılıqda çox mürəkkəb və lazımlı fəaliyyət növüdür. Bunu nəzərə alaraq atelye işindən əlavə ,yeni xətt də yaratmaq qərarına gəldim. Bu həftə bütövlükdə ruhu, varlığı ilə mənə aid ol mənim daxili dünyamı özündə əks etdirən Azərbaycan eyni zamanda dünya üçün yenilik hesab olunan yeni və ekskluziv geyim xətti yaratdıb təqdim etdim. Bütün bu işlərin həyata keçirilməsi, atelyenin o cümlədən mənim yeni yaratdığım geyim xəttinin formalaşdırılması təbii ki, böyük əmək, gərgin iş rejimi, uzunmüddətli tədbirlərin həyata keçirilməsini tələb edir. Yaşadığımız həyat bizdən çətinliklərə qalib gəlməyi tələb edir.Həyatda asan heç nə yoxdur.Yeni və gözəl addımlar atmaq istəyirsənsə çətinliklərə hazır olmalısan. Uğura gedən yolda çətinlik də,səhv də olur. Əsas olan çətin olanı dəf edib,səhvləri təkrar etmədən ən yaxşı nəticələri əldə etməkdir

Sizin təqdim etdiyiniz geyim nümunələrini Azərbaycanın yerli geyim brendi adlandırmaq olar?

Bizim geyimlər Azərbaycanda mənim rəhbərlik etdiyim atelyedə mənə məxsus olan dizayn əsasında tikilirsə deməli Azərbaycanının geyim brendi adlandırmaq səhv olmaz. Atelyenin fəaliyyəti təqdim olunan gözoxşayan əl işləri, geyimlər təbii ki, maraqlı və gözəldir.Mən hazırda Azərbaycanda geyim sahəsində tam yeni-öz xəttimi yaratmaq istəyirəm. Misal üçün "Coco Chanel", "Dolce Gabanna" və bu kimi məhşur dünya brendləri təqdim etdikləri geyimlərdə hər hansı elementdən təyin etmək olur ki, bu hansı brendə məxsusdur. Bunu deməklə bildirmək istəyirəm ki, bu həmin brendlərin geyim sahəsində müəyən dəsti xətti var. Həmin brendlərin geyimləri o xəttlə seçilir. Müştəri "Coco Chanel"-in,"Dolce Gabanna" kimi brendlərinin geyimlərini asanlıqla başqa geyim brendlərinin məhsullarından seçir. Bu həm geyimlərin materialından, formasından, istifadə edilən müəyyən detallardan, əsas cizgilərdən bəlli olur. Dizayn etdiyim geyimlərdə məhz həmin dəsti-xətti yaratmaq istəyirəm.Təzə təqdim edəcəyim "By Di" seriasından olan geyimlərdə mən öz dəsti-xəttimi yaratmışam. Bu kalleksiyanın adını "find yourself"- "özünü tapmaq" qoymuşam. Bu o anlama gəlir ki,mən özümü bu kolleksiyaya daxil etdiyim geyimlərdə ifadə etmək istədiyim fikir və ideyalarda tapdım. Araşdırıb, öyrəndiyim qədər mənim həyata keçirdiyim bu ideya moda və geyim yaradıcıları tərəfindən indiyə qədər heç vaxt edilməyib. Bu çox sadə bir şeydir. Belə ki,gündəlik geyimlərdir. Bu geyimlər üzərində istifadə etdiyimiz əl işləriylə çox fəqlənəcək.

Dizayn etdiyiniz geyimlərdə dünya trendlərindən istifadə edirsiniz?

Hazırda dünyada dəbdə olanda çoxsaylı və müxtəlif geyim trendləri mövcuddur.Hansısa geyimdən hər hansı ştrixi götürüb öz ideyalarınla sintez edib tamamilə fərqli və yeni geyim yarada bilərsən.İndi dünyada fərqlənmək də çox çətindir.Əsas öz ideyalarını fərqliliyini, orjinallığını təqdim edib insanların diqqətini cəlb etmək,yadda qalmaqdır.Modelyer üçün yaratdığı geyim xəttinin özündən sonra da davam etdirilməsi çox önəmlidir.Mənim üçün ən böyük uğur müəllifi olduğum geyim xəttinin məndən sonra da inkişaf etdirilib yeni formatda insanlara çatdırılması olardı.Atelye işlətməklə bütün bu ideyaları reallaşdırmaq,moda və geyim sənayesində özünü ifadə edərək həm marağa səbəb,olub həm də yadda qalmaq olmaz.Mən ayrı-ayrı insanların fikirlərinə uyğun geyimlər yaratmaq istəmirəm.Mən öz ideyalarımı reallaşdırıb,dəsti-xəttimi yaradıb bəyənilmək,seçilmək və yadda qalmaq istəyirəm. Fikirlər,ideyalar,mövqelər müxtəlifdir.Bizim ölkəmizdə moda industriyası,geyim sənayesi yeni formalaşır və inkişaf edir.Ona görə də həm gözəl geyimlər yartmaq həm bu geyimləri ölkəmizdə eyniylə xarici ölkələrdə tanıtmaq çox çətindir.Mən həm Azərbaycan həm öz adıma tamamilə yeni dəsti-xətt ilə seçilən,mənim imzamı daşıyan geyimlərin təqdimatıyla bağlı iddialıyam.

Azərbaycanda yaxud xarici ölkələrdə keçirilən moda nümayişlərində,təqdimatlarda müəllifi olduğunuz geyimlərlə iştirak etmisiniz?

2018-ci ildə keçirilən "Azerbaijan fashion week" atelye ilə yəni Di kutyur olaraq iştrak etmişik.Mənim dizayn etdiyim geyimləri təqdim edildi.Nümayiş etdirdiyimiz geyimlər çox böyük marağa səbəb oldu.Hazırda 1-3may tarixlərində baş tutacaq "Azerbaijan fashion week"ə hazırlaşırıq.Bu ilki "Fashion week"ə artıq "By Di" olaraq qatılacağıq.Daha sonra Moskvada ,Parisdə keçiriləcək moda həftələrinə qatılmağı planlaşdırırıq.


Sizin rəhbərlik etdiyiniz atelyenin satış həyata keçirdiyi butikləri var,dizayn etdiyiniz geyimlər harada satılır
?
Hazırda satışı Elmlər Akademiyası ərazisində Ə.Haqverdiyev küç.574 ünvanında yerləşən show room da və internet vasitəsi ilə həyata keçiririk.Bizim geyimləri əldə etmək istəyən şəxslər bizim show room a gələrək ala bilər.Hər hansı şəxs özü istəyən kimi geyim sifariş vermək yaxud çox bəyəndiyi hər hansı geyimi tikdirmək istəsə yenə bizim atelyeyə müraciət edə bilər.Biz həmin şəxslərə parça,dizayn, model seçimində kömək edirik və şəxsin istədiyi geyimi çox yüksək səviyyədə tikib ona təqdim edirik.

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264