BİZNES

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi açıqalanıb
19 MART
214

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi açıqalanıb

2019-03-19 14:15:00

Bu ilin yanvar-fevral aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 184 mln. 420,4 min dollar təşkil edib.Fins.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 10,6% təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.Yanvar-fevral aylarında Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 33,7% artaraq 58 mln. 411,9 min dollartəşkil edib. Gürcüstanın ümumi ixracında Azərbaycan 11,6% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.Ötən ay Gürcüstan Azərbaycandan 126 mln. 008, 5 min dollar dəyərində məhsul idxal edib. Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 10,2% təşkil edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 2,5% azalıb. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə və Çindən sonra üçüncü əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi, ümumilikdə, 1 mlrd. 739,8 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,6% çoxdur. Qonşu ölkənin ixracı 13,2% artaraq 505 mln. dollar, idxalı isə 0,1% artaraq 1 mlrd.234,8 mln. dollar dəyərində olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271