BİZNES

Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb
18 MART
156

Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb

2019-03-18 16:45:00

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 16 572,02 min ABŞ dolları dəyərində tütün idxal edib.

Fins.az Report-a  istinadən xəbər verir ki, bu 2018-ci ilin iki ayı ilə müqayisədə 3 611,94 min dollar (27,87%) çoxdur.

2019-cu ilin yanvar-fevral ayları ərzində tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,77%-ni təşkil edib.

İki aylıq ticarət dövriyyəsinin 3 152,129 milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266