BİZNES

Maliyyə savadlığının artırılmasına dair təlim
16 MART
202

Maliyyə savadlığının artırılmasına dair təlim

2019-03-16 00:14:00

Fins.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi -KOBİA və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının birgə təşkilatçılığı ilə  mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə “Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları” mövzusunda təlim keçirilib. 2 gün davam edən təlimdə mövzuya dair müxtəlif təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən kiçik və orta biznes subyektlərini təmsil edən 20-dən çox sahibkar, maliyyə meneceri və mühasib işirak edib. KOBİA tərəfindən 2019-cu il ərzində mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması istqamətində təlim və digər tədbirlər davam etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264