BİZNES

Azərbaycan və İran müştərək müəssisələr yaradacaq
15 MART
116

Azərbaycan və İran müştərək müəssisələr yaradacaq

2019-03-15 16:11:00

Azərbaycan və İran arasında müştərək müəssisələrin yaradılmasına dair razılıqlar əldə olunub.

Bu barədə İran İslam Respublikasının iqtisadiyyat və maliyyə işləri üzrə naziri Fərhad Dejpəsənd deyib.

"Hazırda müştərək layihələr icra olunmaqdadır. Bu layihələrin bəziləri maneələrlə üzləşsə də, maneələrin aradan qaldırılması üçün lazımi qərarlar verilib və bununla da bu layihələr öz icrasını davam etdirəcək", - deyə nazir diqqətə çatdırıb

Nazir, həmçinin Azərbaycan-İran Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunan məsələlərin sırasında dəmir yolunun tikintisinin, enerji sahəsində "Xudafərin-Qız Qalası" hidroqovşağın təkmilləşdirilməsinin olduğunu və bunlarla bağlı müəyyən qərarların qəbul edildiyini vurğulayıb.

Fərhad Dejpəsənd deyib: "Ümidvarıq ki, bugünkü iclasın protokolunun maddələrini icra etməklə, ikitərəfli əlaqələrimizi daha da genişləndirəcəyik. Biz bu gün kənd təsərrüfatı, torpaqların müştərək şəkildə becərilməsi, həmçinin sənaye sahəsində razılığa gəldik, bank və sığorta sahəsində əlaqələrin genişləndirilməsi üçün bəzi qərarlar qəbul etdik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264