BİZNES

Təsisçinin banka olan borcu ilə bağlı vergi öhdəliyi
15 MART
154

Təsisçinin banka olan borcu ilə bağlı vergi öhdəliyi

2019-03-15 10:21:00

Müəssisənin təsisçisinin banka olan borcu müəssisənin dövriyyə vəsaiti hesabına ödənilib. Bu zaman müəssisənin vergi öhdəliyi yaranırmı? Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, müəssisənin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272