BİZNES

Azərbaycanın xarici ticarət dövriyyəsinin nə qədər çoxaldığı açıqlanıb
14 MART
146

Azərbaycanın xarici ticarət dövriyyəsinin nə qədər çoxaldığı açıqlanıb

2019-03-14 22:52:00

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 317,941 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% çoxdur. 2 aylıq ticarət dövriyyəsinin 3 152,129 milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb. Son nəticədə xarici ticarətdə 986,317 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 30% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262