BİZNES

Dövlət satınalmaları üzrə vahid internet portalı istifadəyə verilib
14 MART
166

Dövlət satınalmaları üzrə vahid internet portalı istifadəyə verilib

2019-03-14 12:58:00

Fins.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "Video icmal" dövlət satınalmaları üzrə yeni təqdim edilmiş vahid internet portalının fəaliyyətinə həsr olunub.Vahid internet portalı hər bir malgöndərənin iddiaçı kimi qeydiyyatdan keçməsi, onun elektron kabinetinin yaradılması, tender təklifinin təqdim edilməsi və verilməsi, tender komissiyasının virtual iclaslarının təşkil olunması, tenderdə iştirak haqqının ödənilməsi və bütün bu kimi proseslərin elektron qaydada həyata keçirilməsi üçün şərait yaradacaqdır.Tətbiq edilən dəyişikliklərə əsasən, satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və portalda yerləşdirməlidir. Bundan başqa, satınalan təşkilat ayda bir dəfədən çox olmamaqla satınalma planında dəyişiklik edə bilər və həmin dəyişiklikdən sonra 5 bank günü ərzində məlumat bu dəyişiklikliyə səbəb olan hüquqi əsasla birlikdə portalda təqdim edilməlidir.Qeyd etmək lazımdır ki, yeni elektron satınalma modeli üzrə tenderin keçirilməsi barədə elan tender təklifinin qiymətləndiriləcəyi gündən 20 bank günü əvvəl portalda yerləşdirilməlidir. Həmçinin, satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin artıq 1-5 faiz aralığında deyil, 1 faizi məbləğində müəyyənləşdirəcək. Tender komissiyası isə 1 bank günü ərzində qərar qəbul edərək elektron qaydada bildiriş göndərəcək. Eləcə də malgöndərənlərin şikayətlərinə 10 bank günü müddətində baxılacaqdır.Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün daha əlverişli imkanların yaradılması istiqamətində daha bir yenilik ondan ibarətdir ki, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək. Onu da vurğulamaq lazımdır ki, son dəyişikliklərə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ona qədər olan malların satın alınması KOS subyektlərinin elektron satınalmada iştirakı vasitəsilə təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265