BİZNES

Diqqətli olun martın 27-sinə qədər bu vergilər ödənilməlidir
13 MART
178

Diqqətli olun martın 27-sinə qədər bu vergilər ödənilməlidir

2019-03-13 16:43:00

 Fins.az vergi ödəyicilərinin nəzərinə çatdırır ki, Mart ayının 20-26 tarixləri qeyri-iş gününə düşdüyü üçün bu ay üzrə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsinin sonuncu günü martın 27-sidir. Bu  taixə qədər bəyənnaməsi təqdim edilməli olan verilməli olan vergilər sırasında aşağıda göstərilən vergilər də var.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265