BİZNES

Dövlət Gömrük Komitəsi büdcəyə köçürdüyü vergi və rüsumların məbləğini açıqlayıb
12 MART
122

Dövlət Gömrük Komitəsi büdcəyə köçürdüyü vergi və rüsumların məbləğini açıqlayıb

2019-03-12 15:09:00

Fins.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 665 mln. 678,3 min manat məbləğində vergi və rüsum köçürüb.Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-fevral aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 445 mln. 751,9 min manat təşkil edib. Beləliklə, yanvar-fevral aylarında dövlət büdcəsinə köçürmələr 49,3% artıb.Bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 481 mln. 691,6 min manat, aksizlər üzrə 28 mln. 910,8 min manat, yol vergisi üzrə 6 mln. 431,2 min manat təşkil edib.Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 148 mln. 644,7 min manat məbləğində olub.2019-cu il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 702,6 mln. manat məbləğində müəyyən edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264