BİZNES

Azərbaycanın Gürcüstana yatırdığı sərmayənin həcmi açıqlanıb
11 MART
182

Azərbaycanın Gürcüstana yatırdığı sərmayənin həcmi açıqlanıb

2019-03-11 15:31:00

Fins.az-ın məlumatına görə, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 240 milyon ABŞ dolları investisiya yatıran Azərbaycan "Gürcüstanın bir nömrəli investoru" adını qoruyub saxlayıb.Bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir. Gürcüstan iqtisadiyyatına yatırılmış investisiyalarda Azərbaycanın payı 19,5 faiz olub. Bu, 2017-ci illə müqayisədə 1,9 dəfə az olsa da Azərbaycan liderliyini qoruyub saxlayıb. Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələr sırasında Böyük Britaniya 203,7 milyon dollarla ikinci, Niderland isə 167,9 milyon dollarla üçüncü yerdədir.Ümumilikdə keçən il Gürcüstanda xarici investisiyaların ümumi məbləği 1 milyard 232,4 milyon dollar təşkil edib, bu da illik müqayisədə 34,9 faiz azdır. Azalmanın əsas səbəbləri kimi boru kəməri layihəsinin başa çatması, bəzi şirkətlərdə mülkiyyət hüququnun qeyri-rezidentdən rezidentə transferi və qeyri-rezident birbaşa investorların öhdəliklərinin azalması göstərilir. Hesabat ilində Gürcüstanda ən çox sərmayə maliyyə sektoruna (279,9 milyon dollar), nəqliyyat (209,9 milyon dollar) və energetika (157,2 milyon dollar) sektorlarına yatırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265