BİZNES

“Partners
11 MART
107

“Partners & Business” sərgi-konferansı

2019-03-11 12:19:00

Fins.az-ın məlumatına görə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə 15 Mart 2019-cu il tarixində Caspian Business Hoteldə  “Partners & Business” sərgi-konferansı keçiriləcəkdir.15 Mart 2019-cu il tarixində saat 10:00-17:00 arası baş tutacaq sərgidə 100-dən artıq yerli şirkətlərin tanıtım sərgisi, B2B görüşlər, canlı musiqi, video-foto çəkiliş və mükafatlandırma mərasimi olacağı bildirilir.Sərgini ziyarət etmək ödənişsizdir. 600-ə qədər sahibkarın iştirakı ilə sərgi-konfrans keçirilməsi nəzərdə tutulur. Sərgi-konfransda dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı planlaşdırılır.Tədbirdə Təbriz Hacınski “Müəssisələrin kadr idarə etməsində profaylinq sistemini necə tətbiq etmək olar?”, Vüqar Poladov “İdarəçilərin və sahibkarların bilməli olduğu maliyyə” və Sakit Səmədov “Nəzarət üçün sistemləşmə, sistemləşmə üçün nəzarət”, mövzularında çıxışlar edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264