BİZNES

Necə olur ki,azərbaycanlıların "Uber"ə ödədiyi pullar erməni iş adamının "cibinə gedir"?
11 MART
247

Necə olur ki,azərbaycanlıların "Uber"ə ödədiyi pullar erməni iş adamının "cibinə gedir"?

2019-03-11 11:26:00

Dünyada məhşur olan “Uber” ölkəmizdə də xidmətindən çox istifadə edilən taksi xidmətlərindən biridir. Azərbaycan vətəndaşların çox hissəsi "Uber" də həm sürücü kimi fəaliyyət göstərir həm də sərnişin kimi bu taksi xidmətindən istifadə edir. “Uber”Azərbaycanda kifayət qədər uğur qazanmadığı üçün şirkətin Azərbaycan səhmləri Yandex-ə satılıb.Belə ki, hazırda “Uber”lə əhaliyə xidmət göstərən taksilərdə əvvəlki sistemdən fərqli olaraq ,”Yandex”-in taksometr sistemindən istifadə olunur. ”Uber Azərbaycan”ın  həyata keçirilmiş bu struktur dəyişikliyi barədə müştərilərə məlumat verməməsində məqsəd “Uber”in Azərbaycanda mövcud olan müştəri kütləsini itirmək istəməməsidir. Fins.az-ın məlumatına görə, bu nöqteyi nəzərdən yanaşdıqda Azərbaycanda “Uber” taksi xidmətindən  istifadə edənlərin pulunun “Yandex taxi”-nin erməni əsilli rəhbəri Tiqran Xudaverdiyanın “cibinə getdiyi”ni inkar etmək olmaz. Məlumatı sübuta yetirən faktlardan biri də,”Yandex” və Uberin əməkdaşlığı barədə müqavilənin mövcud olmasıdır. Belə ki, 2017-ci ilin iyul ayında “Yandex” və “Uber” xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi barədə saziş imzalayıblar.Müqaviləyə əsasən birləşmiş şirkətdə “Yandex” 59,3% paya malikdir

Qeyd edək ki, “Uber Azərbaycan” Fins.az-ın sözügedən məlumatın hansı dərəcə həqiqəti əks etdirib-etdirməməsi ilə bağlı sorğusuna “Bu tam olaraq düzgün bir bəyanat deyil. 2018-ci ilin iyun ayında Uber Azərbaycanda Ataman İncenin regional direktor təyin olduğunu elan etdi. Bu, şirkət strukturunda yeni bir vəzifədir – onun yaradılması, əvvəlki komandanın regionumuzda uğurlu işinin və cənab İncenin qarşısında qoyulan yeni vəzifələrin müntəzəm nəticəsidir. Uber-in Azərbaycandakı regional direktoru Uber ML B.V. şirkətində Uber maraqlarını təqdim edən direktorların şura üzvlərinə birbaşa tabedir” kimi qeyri-müəyyən  cavab verib.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264