BİZNES

KOBİA və Azərbaycan Sənaye Korporasiyası arasında yeni memorandum
11 MART
115

KOBİA və Azərbaycan Sənaye Korporasiyası arasında yeni memorandum

2019-03-11 10:25:00

Fins.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) təşkilatçılığı ilə “Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı” mövzusunda Konfrans keçirilib.Tədbirdə KOBİA və ASK-nın nümayəndələri, eləcə də korporasiyada təmsil olunan müəssisələrin rəhbərləri iştirak ediblər.Konfransda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.Tədbirdə ASK-da təmsil olunan müəssisələr fəaliyyətləri barədə danışıb, istehsal, satışın təşkili, ixrac, həmçinin kiçik və orta biznesə dəstək məqsədilə KOBİA və ASK-a arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, müəssisələri maraqlandıran suallar cavablandırılıb.    

Konfrans çərçivəsində KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə imzalayıblar. Memoranduma əsasən tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların aparılması və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264