BİZNES

Moskvada açılacaq "Azərbaycan nemətləri" mağzalarının sayı açıqlanıb
11 MART
90

Moskvada açılacaq "Azərbaycan nemətləri" mağzalarının sayı açıqlanıb

2019-03-11 09:59:00

Fins.az-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bildirib ki, Moskvada “Azərbaycan nemətləri” mağazasının açılması Rusiyada ölkəmizin ticarət evləri sisteminin yaradılmasında ilk addım olub.O bildirib ki, dünyanın bir çox ölkələrində Azərbaycan mallarının “Mаde in Azerbaijan” brendi ilə satışını təşkil etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ticarət evləri yaradılır. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Polşada bu layihə artıq həyata keçirilib. Rusiyada da belə ticarət evləri yaradılacaq. “Azərbaycan Ticarət Evi” sistemi 3 komponenti əhatə edir. Əvvələn, Azərbaycanın ixrac, turizm və investisiya potensialını təqdim edəcək sərgi-ekspozisiyalar təşkil ediləcək. İkincisi, ixrac üzrə ixtisaslaşdırılmış şirkət yaradılacaq. Ola bilsin, bu, fərdi tərəfdaşlıq zəminində həyata keçiriləcək. Çünki Azərbaycan istehsalçılarının heç də hamısının öz məhsullarını Rusiyaya ixrac etmək imkanı yoxdur. İxrac məhsulunun Rusiya bazarlarına çatdırılması üzrə vahid şirkət yaradılacaq. Özəl şirkətlər inkişaf etdikcə, məhsullarını Rusiyaya özləri ixrac edəcəklər.Üçüncüsü, “Azərbaycan nemətləri” brendi ilə konseptual mağazalar açılacaq. Belə mağazaları ticarət nümayəndəliyi vasitəsilə, Azərbaycan dövlətinin dəstəyi və sahibkarların öz gücü ilə açmaq planlaşdırılır. Bəs bizim yardımımız nədən ibarət olacaq? Biz məhsulun Azərbaycandan daşınmasına, marketinq və qiymət siyasəti formalaşdırmağa, belə mağazalar vasitəsilə məhsulun satışına kömək edəcəyik.

Ticarət nümayəndəsinin sözlərinə görə, mağazaların formatı bu və ya digər məhsulda ixtisaslaşan kiçik mağazalardan tutmuş şərab, sənaye məhsulları mağazalarınadək müxtəlif cür ola bilər. O deyib: “Yaxın vaxtlarda Moskvadakı “Foot City” Ərzaq Mərkəzində, “Doroqomilov” bazarında və Leninqrad prospektində böyük “Azərbaycan nemətləri” mağazalarını açmaq planlaşdırılır. Bundan əlavə, apreldə Yekaterinburqda “Azərbaycan nemətləri” brendi ilə ixtisaslaşdırılmış şərab mağazasının açılması planlaşdırılır. Sankt-peterburqlu sahibkarlarla danışıqlar aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264