BİZNES

Kənd təsərrüfatı yarmarkalarının təşkilinin məqsədi açıqlanıb
09 MART
251

Kənd təsərrüfatı yarmarkalarının təşkilinin məqsədi açıqlanıb

2019-03-09 15:08:00

"Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtın 14 ünvanında keçirilir. Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin, yerli rayon icra hakimiyyəti strukturlarının və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunur". Fins.az "Report" a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev deyib. Onun sözlərinə görə, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: "Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarır. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264