BİZNES

Azərbaycanda qadınlar üçün inkubasiya mərkəzləri yaradılacaq
06 MART
130

Azərbaycanda qadınlar üçün inkubasiya mərkəzləri yaradılacaq

2019-03-06 11:54:00

Fins.az-ın məlumatına gör,“Azərbaycanda qadınlar üçün inkubasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur”.Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “She Congress 2019” adlı konfransda bildirib.“Azərbaycanda qadınların təşəbbüslərinin artması mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, qadınlar ölkə həyatında mühüm rol oynayırlar. KOBİA da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Qadın sahibkarlarla əlaqələrimizin genişləndirilməsi məqsədlərimizdən biridir. Bununla da, Azərbaycanda qadınların ictimai fəallığı daha da artacaq”, - o qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264