BİZNES

Ödəniş terminalına görə kim vergi ödəməlidir?
05 MART
168

Ödəniş terminalına görə kim vergi ödəməlidir?

2019-03-05 11:42:00

Fins.az müxtəlif ödəniş sistemlərinin aparatları yerləşdirilən mağazaların həmin aparatlara görə vergi ödəyib- ödəməməsinə aydınlıq gətirir bu barədə fins.az-a məlumat verən iqtisadçı-ekspert Rauf Qarayev bilririb ki,"Mağazalarda ödəniş terminalı (easy pay, milliön, express pay və sair) olan mağaza sahibləri vergi ödəməlidir. Səbəb ondadır ki, mağaza sahibləri bu terminalların mağazada yerləşdirilməsi üçün, həmin terminalların sahibi olduğu  şirkətdən gəlir əldə edillər. Adətən bu kvartal üzrə olur. Bu baxımdan mağazanın sahibi fiziki şəxs olarsa, Vergi Məcəlləsinin 124 maddəsinə əsasən icarə məbləğindən ödəməni edən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutmalı bu haqda vergi orqanına bəyannamə təqdim etməlidir"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264