BİZNES

Bu dövlət qurumunun rəsmiləri "Facebook" da canlı yayımda sualları cavablandıracaq
04 MART
152

Bu dövlət qurumunun rəsmiləri "Facebook" da canlı yayımda sualları cavablandıracaq

2019-03-04 13:57:00

Dövlət Gömrük Komitəsindən Fins.az-a verlən məlumata görə, martın 5-də Dövlət Gömrük Komitəsinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda "Yaşıl Dəhliz" buraxılış sistemi və "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.Saat 12:00-13:00 arası baş tutacaq canlı yayımda suallara Komitənin mütəxəssisləri tərəfindən cavab veriləcək.

Qeyd edək ki,. Suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264