BİZNES

Vergi yoxlaması zamanı obyektin sənədlərinin götürülməsi qanuna uyğundur?
04 MART
160

Vergi yoxlaması zamanı obyektin sənədlərinin götürülməsi qanuna uyğundur?

2019-03-04 10:28:00

Vergi orqanı əməkdaşları tərəfindən keçirilən operativ vergi nəzarət tədbiri zamanı obyektdən sənədlər götürülüb. Sənədlər və nümunə kimi əşyalar yalnız səyyar vergi yoxlaması zamanı götürülə bilərsə, bu hal qanunvericiliyin tələblərinə uyğundurmu? Fins.az məlumat verir ki,  Vergi Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbiri keçirildikdə yol verilir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri zamanı bəzi sənədlərin və nümunə kimi əşyaların götürülməsi qanunvericiliyin tələblərinə uyğundur.

Əsas: Vergi Məcəlləsi, 43.1-ci maddə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264