BİZNES

Çinin bu marketlər şəbəkəsində Azərbaycan şərablarının satışına başlanılıb
01 MART
222

Çinin bu marketlər şəbəkəsində Azərbaycan şərablarının satışına başlanılıb

2019-03-01 16:43:00

Fins.az-ın məlumatına görə.fevralın 25–dən martın 1-dək İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu ilin ilk ixrac missiyası Çinin paytaxtı Pekinə təşkil olunub. Missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxil edilib. İxrac missiyası çərçivəsində Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib, Azərbaycan məhsulları barədə məlumat verilib, ixracın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.Bu gündən etibarən Çinin “BHG” marketlər şəbəkəsində Azərbaycan şərablarının satışına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265