BİZNES

3 uşaq anası vaxtından əvvəl təqaüdə çıxa bilər?
14 FEVRAL
3409

3 uşaq anası vaxtından əvvəl təqaüdə çıxa bilər?

2019-02-14 12:32:00

Uşaqların sayına görə analar üçün tətbiq olunan güzəştlər həmişə diqqət mərkəsizndə olub.Hazırda cəmiyyətimizdə azuşaqlılıq tendensiyası daha çox inkşaf etsə də 3 və daha çox övladı olan ailələr də az deyil.Çoxuşaqlı analara tətbiq olunan güzəştlər sırasında təqaüdə daha tez çıxmaqla bağlı ola bilər. Bu mövzunun davamı olaraq 3 uşaq dünyay gətirmiş qadına təqaüdə çıxan zaman güzəşt tətbiq olunur sualına aydınlıq gətirərən FİNS.AZ-a bu barədə açılama verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "Beş və daha çox uşaq dünyaya gətirib onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yani 61 yaşında çixmalıdılarsa 5 il azaldılır. Nəticədə 56 yaşında əmək pensiyasına çıxır. Amma bunun üçün 7 maddəyə nəzər yetirək: 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Sosial müavinətlər haqqında qanun 1.0.2 maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud  18  yaşına çatanadək sağlamlıq  imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Göründüyü kimi 3 uşaqla yalnız qocalığa görə 57 yaşında pensiyaya çıxmaq olar"

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır